Kimyəvi maddə içərək zəhərlənən qadın xəstəxanada vəfat etdi

Sabirabadda kimyəvi maddə içərək zəhərlənən qadın vəfat edib.

APA-nın məlumatına görə, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Sabirabadda 33 yaşlı qadın kimyəvi maddədən zəhərlənib.

APA-nın məlumatına görə, Sabirabad rayonunun Bala Həşimxanlı kənd sakini, 1991-ci il təvəllüdlü Aygün Zöhrab qızı Əliyeva heyvanlarda parazitlərə qarşı istifadə olunan kimyəvi preparat içərək zəhərlənib.

Qadın ağır vəziyyətdə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və süni nəfəs aparatına qoşulub.

Faktla bağlı araşdırma aparılır.

0.087811946868896