Məşhur transseksual “Avroviziya-2020”-də onlayn aparıcı olacaq - FOTO

May ayının 12, 14 və 16-da Hollandiyanın Rotterdam şəhərində keçiriləcək sayca 65-ci “Avroviziya” mahnı müsabiqəsində ilk dəfə onlayn aparıcı olacaq.

Bakunews.media xəbər verir ki, “Youtube”da yayımlanacaq xüsusi buraxılışlarla yarışmanım izləyiciləri müsabiqənin pərdə arxasında baş verənləri canlı izləmək şansı əldə edəcəklər. “Youtube”da yayımlanacaq xüsusi buraxılışların aparıcılığını sözügedən videoplatformanın məşhur siması 25 yaşlı “beauty” (gözəllik) blogeri Nikki de Yager edəcək.

Hollandiyalı bloger bir beçə həftə öncə transeksual olduğunu açıqlayıb. Qeyd edək ki, “beauty” (gözəllik) bloqeri Nikki de Yagerin “Youtube” hesabında 12,5 milyon izləyicisi var.

Rəşad Əliyev

0.42001700401306