Təyyarə beş saat səmada fırlandı - FOTO

Meksikanın paytaxtı Mexikodan Barselonaya uçan sərnişin təyyarəsi okeanın üzərindən geri qayıdıb.

Bakunews.media-ın flightradar24.com saytına istinadən verdiyi xəbərə görə, “Fly Emirates” şirkətinə məxsus “Boeing 777” təyyarəsi 5 saat əvvəl səmaya qalxıb və Meksika körfəzi üzərində ABŞ-ın Luizina ştatının hüdudlarında dönmə manevri edərək geri qayıdıb.

“UAE256”saylı reyslə uçan təyyarə yenidən Mexiko aeroportunda eniş edib.

Hazırda təyyarənin hansı səbəbdən geri qayıtdığı məlum deyil.

0.32014417648315