"Unibank"ın bir sıra xidmətlərində problem yaranıb - RƏSMİ

"Unibank"ın bir sıra xidmətlərində problem yaranıb.

Bakunews.media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

"Unibank"dan Bakunews.media-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda texniki problemlərlə əlaqədar bankın bir sıra sistem və xidmətlərinin ("UBank", UTM, POS-terminallar, "117" Çağrı Mərkəzi və s.) fəaliyyətində çətinlik müşahidə olunur:

"Əməkdaşlarımız problemin həlli ilə məşğuldurlar. Ən qısa zamanda sistem və xidmətlərin fəaliyyəti bərpa olunacaq".

Nəzrin Vahid

0.060292959213257