Çilidə 7,3 maqnitudalı zəlzələ olub

Çilidə 7,3 maqnitudalı zəlzələ olub.

Bakunews.media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Qeyd olunub ki, Bakı vaxtı ilə 5:50 meydana gələn yeraltı təkanların episentri ölkənin şimalındakı San-Pedro-de-Atakama qəsəbəsindən 43 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 128 km dərinlikdə olub.

Sunami təhlükəsi yoxdur. Zəlzələ Boliviya, Paraqvay və Argentinada da hiss olunub.

İtkilər və dağıntı barədə məlumat yoxdur.

0.39771795272827