Türkiyədə qorxunc cinayət: Cəsədi tapılan iranlının mədəsindən çıxanlar…

Türkiyənin Kırşehir bölgəsinin Bahçelievler rayonunda iki gün əvvəl tapılmış cəsədin mədəsində narkotik maddə aşkarlanıb.

Bu barədə Bakunews.media "Haber Global"a istinadən bildirir.

Məlumata görə, dərə kənarına atılmış çarpayı altlığının içindən ədyala bükülmüş kişi cəsədi tapılıb və onun mədəsindən 50 kapsul içərisinə yerləşdirilmiş, bazar dəyəri təxminən bir milyon Türkiyə lirəsi (50 min manat) olan bir kiloqram narkotik maddə çıxıb.

Cəsədin iranəsilli M.A. adlı şəxsə məxsus olduğu müəyyən edilib. Onun Kırşehirə qonaq gəldiyi və qaldığı evdə içmək üçün verilən mayedən öldüyü məlum olub.

Hadisə ilə bağlı əfqanəsilli G.M., F.N., S.Z.Z. və M.N. adlı şəxslər saxlanılıblar. Dörd şübhəlinin ifadələri alındıqdan sonra onlar məhkəməyə göndəriliblər.

Şübhəlilər ifadələrində təqsirlərini etiraf ediblər. Onlardan birinin sözlərinə görə, mədəsindəki narkotik maddəni çıxarmaq üçün M.A.-ya dərmanlı su içiriblər, onun ağzından köpük çıxmağa başladıqda isə təlaşa düşüblər, daha sonra isə onun paltarını soyunduraraq ətrafı təmizləyiblər. Hadisədən sonra ətrafdakı kameralara əks olunan görüntülərdə də şübhəlilərin ticarət maşını ilə cəsədi daşıdığı və paltarlarını müxtəlif bölgələrdəki zibil qablarına atdıqları kadrlar yer alıb. Məhkəməyə göndərilən şübhəlilərdən biri həbs edilərək Kırşehir həbsxanasına göndərilib.

0.3763120174408