Vyetnamın sabiq prezdenti vəfat etdi

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Nquyen Fu Çonq 81 yaşında vəfat edib.

Bakunews.media RBC-yə istinadən xəbər verir ki, bir gün əvvəl o, "Qızıl Ulduz" ordeni ilə təltif olunub.

Nquyen Fu Çonq partiyaya 1968-ci ildə qoşulub. 1994-cü ildə 50 yaşında Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, 1997-ci ildə isə Siyasi Büro üzvü olub. 2000-2006-cı illərdə paytaxt Hanoyun, sonra Vyetnam Milli Assambleyasının partiya komitəsinə rəhbərlik edib.

2011-ci ildə Nquyen Fu Çonq Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi olub, eyni zamanda Hərbi Partiya Komissiyasına rəhbərlik edib. O, həmçinin 2018-2021-ci illərdə Vyetnamın prezidenti olub.

0.48066782951355