Daha iki dost dənizdə boğuldu: Birinin meyiti tapılsa da, digərindən hələ də xəbər yoxdur

Bilgəh çimərliyində ölüm hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, 2003-cü il təvəllüdlü Nicat Elman oğlu Alıxanlı və hələlik kimliyi bilinməyən dostu dənizdə boğularaq ölüblər.

N.Alıxanlının meyiti sudan çıxarılaraq morqa təhvil verilib.

Digər boğulan şəxsin meyiti axtarışdadır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, axtarışlara Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Qeyd edək ki, bir neçə gün əvvəl Nardaran qəsəbəsində nəzarətsiz ərazidə Bakı Mühəndislik Universitetinin III kurs tələbəsi olan Rəsul Nurməmmədli dostu, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) III kurs tələbəsi İmran Əli oğlu Cəbrayılovla birlikdə dənizə gediblər. Bir müddət sonra onların hər ikisi dənizdə boğulublar.

0.0552659034729