Hikmət Hacıyev: "Dezinformasiya xəbərlərlə manipulyasiya etməyə imkan verir"
"Texnoloji inkişaf, rəqəmsallaşdırma informasiyanın sürətlə yayılması ilə bərabər, yalan məlumatın da yayılmasına səbəb olur".
"Report"un məlumatına əsasən, bunu II Qlobal Media Forumunun ikinci iş günündə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, dezinformasiya xəbərlərlə manipulyasiya etməyə imkan verir.