Mikayıl Cabbarovdan "Yüksəliş" müsabiqəsi ilə bağlı paylaşım

"Həmkarlarla birlikdə dördüncü "Yüksəliş" müsabiqəsinin yekununda finalçılarımızın idarəçilik səriştələrini qiymətləndirdik".

Bakunews.media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib:

"Nəticədən asılı olmayaraq bilik, bacarıq və iradə nümayiş etdirərək bu mərhələyə yüksəlmək mühüm nailiyyət və stimuldur. Bütün iştirakçılara təşəkkür edir, layiq olanlara isə davamlı yüksəliş arzu edirik!".

0.047021865844727