Bakıda zəncirvari qəza: Xəsarət alanlar var

Bakının Xəzər rayonunda dörd avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə aeroport şossesində qeydə alınıb.

Belə ki, yüksək surətlə hərəkətdə olan "Chevrolet" markalı maşının qarşısına köməkçi yoldan digər nəqliyyat vasitəsi çıxıb və nəticədə qəza baş verib.

Qəzada dörd avtomobil toqquşub, iki nəfər xəsarət alıb.

Hadisə yerinə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar.

Avtomobillər yoldan təxliyə edilib.

Hadisə ilə əlaqədar avtotexniki ekspertiza təyin edilib, araşdırma aparılır.

0.86239290237427