Şəmkirdə QƏZA: Üç nəfər xəsarət aldı

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Bakunews.media-ın məlumatına görə, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun rayonun "Yasamal" adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza zamanı 1999-cu il təvəllüdlü Fəxri Adilzadə, 2001-ci il təvəllüdlü Günel Əliyev və 1970-ci il təvəllüdlü Xanım Əliyeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Aytac Qasımova

0.99910998344421