Bakıda minik avtomobili dəmir maneəyə çırpılaraq yanıb

Bakı şəhərinin Xətai rayonunda "Hyundai" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dəmir maneəyə çırpılıb.

Bakunews.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nəticədə avtomobilin mühərrik hissəsi qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0.50050401687622