"iPhone 17" modellərinin qiyməti məlum oldu

Tanınmış insayder "Ice Universe" 2025-ci ildə satışa çıxarılacaq "iPhone 17" modellərinin texniki xüsusiyyətləri ilə bağlı təfərrüatı açıqlayıb.

Bakunews.media gazeta.ru-ya istinadən xəbər verir ki, bütün modellər kadr sürəti artırılmış ekranlarla təchiz ediləcək, lakin kameraların sayı dəyişməz qalacaq. Pro modelləri 12 GB RAM alacaq, aşağı versiyalar isə 8 GB RAM ilə qalacaq.

Ən yadda qalan yeni məhsul "iPhone 17 Slim" olacaq. O, 6,65 düymlük ekran, A19 çipi və 8 GB RAM-a malik olacaq. Cihazın qiyməti ən azı 1300 dollar olacaq.

Bundan əlavə, seriyaya 60 Hz tezlikli 6,1 düymlük ekran, "Apple" A18 prosessoru, 48 MP təsvir ölçülü bir kamera, 6 və ya 8 QB əməli yaddaşla təchiz ediləcək "iPhone" SE 4 daxil olacaq. Onun qiyməti 500-550 dollar arasında dəyişəcək.

Qeyd edək ki, "Ice Universe" bazar haqqındakı məlumatı və dəqiq proqnozları ilə tanınır.

1.3928790092468