Məşhur türkiyəli aktrisa çəkiliş zamanı yıxılaraq ağır xəsarət alıb

Türkiyəli məşhur aktrisa Birce Akalay layihənin çəkilişi zamanı yıxılaraq sinə nahiyəsindən zədə alıb.

Bakunews.media bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Aktrisa təcili tibbi yardım maşını ilə dərhal xəstəxanaya aparılıb.

Qeyd olunub ki, gecə saatları olmasına baxmayaraq, Bircə Akalayın sevgilisi Hakan Kurtaş xəbəri eşidən kimi özünü xəstəxanaya çatdırıb.

Aparılan müayinə nəticəsində aktrisanın səhhətində ciddi problem aşkar edilməyib.

1.0497949123383