Almaniya kəşfiyyatı İrana bağlı İslam Mərkəzinə basqın etdi

Almaniyanın Daxili İşlər Nazirliyi Hamburq İslam Mərkəzini qadağan etdikdən sonra səkkiz federal əyalətində, o cümlədən Hamburq, Bremen, Aşağı Saksoniya və Bavariyada 53 bənzər obyektdə axtarışlar aparılıb.

Bakunews.media-ın Dw.com-a istinadla məlumatına görə, bu barədə Almaniya DİN xəbər yayıb.

Sosial şəbəkələrdə kəşfiyyat qüvvələrinin mərkəzə basqın videosu paylaşılıb.

Qeyd edək ki, Almaniya DİN Hamburqdakı İslam Mərkəzini (IZH) və onun ölkə ərazisindəki bölmələrini qadağan edib.

Qurumun iddiasına görə, konstitusiyaya zidd məqsədlər güdən islamçı ekstremist IZH təşkilatı və regiondakı filialları Almaniya ərazisində fəaliyyəti qadağan edilmiş "Hizbullah"ı dəstəkləyir və aqressiv antisemitizmi yayırlar.

Almaniya Daxili İşlər Nazirliyi, həmçinin, iddia edir ki, Hamburq İslam Mərkəzinin fəaliyyəti guya İranın ali rəhbərliyindən qaynaqlanmış islam inqilabının ideoloji konsepsiyasının yayılmasına yönəlib.

1.2810189723969