Türkiyədə fəaliyyət göstərən fransız məktəbləri bağlana bilər

Türkiyədə fəaliyyət göstərən fransız məktəbləri qanundankənar sayıla bilər.

Bakunews.media "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin təhsil naziri Yusif Tekin jurnalistlərə açıqlamasında deyib.

O, ölkədəki fransız məktəblərini öz fəaliyyətlərini ölkənin qanunvericiliyinə uyğunlaşdırmağa çağırıb:

"Əgər fransız məktəbləri işlərini qanunvericiliyə uyğun qaydada qursalar, fəaliyyətlərini davam etdirə biləcəklər, əks halda isə etibarsız sayılacaqlar".

0.96692991256714