Bakıda meyvə satan kişi saxta pula görə BIÇAQLANDI
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, iki nəfər meyvə satışı ilə məşğul olan, 1972-ci il təvəllüdlü Elçin Yavər oğlu Namazəliyəvə aldıqları məhsulların qarşılığında 20 manat pul veriblər.
E. Namazəliyev pulun saxta olduğunu bilib və onu geri qaytarıb. Lakin adları hələ məlum olmayan iki şəxs buna etiraz edib və tərəflər arasında mübahisə düşüb.
Nəticədə mübahisə qanla bitib, E.Namazəliyev təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.