Bakıda yaşayış binasında yanğın olub
Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal 13 ünvanında yerləşən mənzildə yanğın qeydə alınıb.
APA xəbər verir ki, hadisə 9-cu mikrorayonunda yerləşən doqquz mərtəbəli binanın üçüncü mərtəbəsində baş verib.
Belə ki, yanğın Bakı şəhər sakini Etibar Nəcməddin oğlu Hacıyevə məxsus ümumi sahəsi 90 kvadratmetr mənzilin eyvanında baş verib. Nəticədə bir ədəd su qızdırıcısı yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Yanğın söndürülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.