Emil Şahzadə vəzifəsindən getdi

Emil Şahzadə Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsindən ayrılıb.

Bakunews.media xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.

E.Şahzadə vəzifədən ayrılması ilə bağlı paylaşımında yazıb:

"Həyatımın növbəti mərhələsinə keçid alaraq 4 ilə yaxın müddət ərzində fəxarət və qürur hissi, böyük həvəslə çalışdığım Ombudsman Aparatına minnətdarlığımı bildirmək istəyirəm. Ömrümüzün bəlli bir hissəsini bərabər keçdik və komanda şəklində çətinliklərə sinə gələrək qarşımızda olan hədəflərə nail olaraq ümumi işimizə töhfələr verdik. Bütün bunlar şübhəsiz istəkli və əvəzsiz Səbinə xanımın yaratdığı şərait, qayğısı və dəstəyi nəticəsində mümkün oldu. Mənə əziz olan bu təsisatla bağlı qəlbimdə həmişə yalnız xoş anlar canlanacaq. Hörmətli və dəyərli Səbinə xanıma və Ombudsman Aparatının kollektivinə şərəfli və məsuliyyətli işində davamlı uğurlar arzulayıram!".

Xatırladaq ki, E.Şahzadə bu vəzifəyə 2021-ci ildə təyin edilmişdi.

0.087188005447388