Tanınmış hərbi jurnalistin dəfn olunacağı yer AÇIQLANDI
Hərbi jurnalist Ədil Arifoğlu sabah İmişli rayonunda dəfn olunacaq.
Bakunews.media xəbər verir ki, o bu gün 56 yaşında vəfat edib.
Qeyd edək ki, Ədil Arifoğlu 1968-ci il İmişli rayonunda doğulub. Tədqiqatçı jurnalist AzTV-nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, hərbi reportyor və Birinci və İkinci Qarabağ Müharibəsinin hərbi jurnalist kimi iştirakçısı olub.
Azərbaycanlı hərbi jurnalist Ədil Arifoğlu vəfat edib.
Bakunews.media xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, Ə.Arifoğlu uzun illər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Hərbi vətənpərvərlik baş redaksiyasının baş rejissoru kimi çalışıb.
Ədil Arifoğlu həm Birinci, həm də İkinci Qarabağ müharibəsində hərbi jurnalist kimi iştirak edib, qızğın döyüşləri ön cəbhədə lentə alıb.