Dörd yaşlı Əlisanın sizin köməyinizə ehtiyacı var - FOTO

Dörd yaşlı Əlisanın sizin köməyinizə ehtiyacı var.

Bakunews.media xəbər verir ki, Abdullayevlər ailəsi övladlarının sağlamlığına qovuşması üçün kömək istəyir.

Abdullayev Əlisa Ruslan oğlu 2016-cı ildə Ucar rayonunda anadan olub. Bir neçə gün əvvəl uşağın vəziyyəti pisləşib və ailəsi onu Ucar Rayon Mərkəzi Xəstəxanasına aparıb. Həkim müayinəsi zamanı dörd yaşlı uşağa kəskin leykoz diaqnozu qoyulub. Müalicə üçün valideynlər uşağı Bakıya gətirib. 

Artıq bir neçə gündür ki, dörd yaşlı Əlisa B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alır. 

Kömək etmək istəyən şəxslər Əlisanın valideynləri ilə əlaqə saxlaya bilər .

Anası Aytən Abdullayeva: 055 988 50 33

0.91403603553772