Yanacaqdoldurma məntəqəsinə saxta pul verən şəxslər saxlanılıblar
Bakıda yanacaqdoldurma məntəqəsinə saxta pul verən şəxslər saxlanılıblar.
Bakunews.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi xəbər yayıb.
Bildirilib ki, iyulun 30-da gecə saat 2 radələrində Binəqədi rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində avtomobilə vurduqları yanacaq müqabilində 20 manatlıq saxta əsginas verən iki nəfər Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
R.Həsənov və P.Hüseynov Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.