İşğaldan azad edilmiş ərazilərdə "Xaş-xaş 2024" əməliyyatı
Ağdamda bir tondan artıq yabanı çətənə bitkisi yandırılıb.
Bakunews.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçiriblər.
Tədbir zamanı işğaldan azad edilmiş Xaçındərbənd, Əlimədətli və Əliağalı kəndlərinin ərazisində yabanı halda bitən ümumilikdə 1 tondan artıq 3899 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.