15 min manatlıq dələduzluğa görə keçmiş məhkum tutuldu
Nəsimi rayonu ərazisində bir nəfəri aldadaraq 15 000 manatının alınması barədə polisə məlumat daxil olub.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakunews.media-a məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş V.Səmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.