Gəncə bazarında qan töküldü - Saxlanılan var

Gəncədə fəaliyyət göstərən bazarlardan birində bıçaqlanma hadisəsi baş verib.

Bununla bağlı APA məlumat yayıb.

Belə ki, 1987-ci il təvəllüdlü Araz Məmmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis mayoru Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Vüsal Əsgərov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir

0.09855318069458