Sumqayıtda qardaş qardaşı bıçaqladı: Araşdırmalara başlanıldı

Sumqayıt şəhərində iki qardaş arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onlardan birinin xəsarət alması barədə polisə məlumat daxil olub.

Bu barədə Bakunews.media-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətidən bildirilib.

Qeyd edilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Sumqayıtda qardaş qardaşı bıçaqlayıb.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 1-ci məhəlləsində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Səxavət Nəbi oğlu Cabbarov münaqişə zəminində qardaşı, 1971-ci il təvəllüdlü Elşən Nəbi oğlu Cabbarova bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0.32644486427307