Qəbələdə 16 yaşlı oğlan 41 yaşlı kişini bıçaqladı
Qəbələdə 28 avqust gecə saat 03 radələrində 2008-ci il təvəllüdlü Ə.S. şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 41 yaşlı Zamiq Əbdürəhimova bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakunews.media-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.
Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.
Aytac Qasımova