Nazim Babayev Balkan ölkələrinin çempionu oldu - FOTO

Atletika üzrə Azərbaycan millisi Türkiyənin İstanbul şəhərində keçirilən Balkan ölkələrinin çempionatında çıxış edib.

Bakunews.media xəbər verir ki, idmançılarımız yarışda iki medal qazanıb. 

Milli üzvlərindən Nazim Babayev üçtəkanla tullanmada çempion tituluna yiyələnib. O, 16,92 m nəticə göstərib.

Eyni növdə qadınların yarışında mübarizə aparan Yekaterina Sarıyeva isə 13,50 m nəticə ilə bürünc medal qazanıb.

0.7386109828949