Əli Əsədovla Aleksandr Lukaşenko arasında görüş keçirilir

Azərbaycanın Baş naziri Əli Əsədov Belarusda rəsmi səfərdədir.

Bakunews.media bu barədə Belarus mətbuatına istinadən xəbər verib.

Qeyd olunur ki, bu dəqiqlərdə Əli Əsədovun Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü keçirilir.

Görüşdə A.Lukaşenko iki dövlət arasında olan münasibətlərə toxunub.

"Bizim şəxsi münasibətlərimiz dövlətlərarası münasibətlərə də sirayət edib. Bu da öz növbəsində bizim münasibətlərimizin səviyyəsinə töhfə verir. Azərbaycan üçün əlimizdən gələni edəcəyik. Bu günə qədər belə olub. Bundan sonra da belə olacaq. Əminəm ki, Azərbaycan da bizim üçün əlindən gələni edir və edəcək", - deyə Belarus prezidenti vurğulayıb.

1.4796471595764