İker Kasilyas karyerasına son qoydu

“Portu"nun ispaniyalı qapıçısı İker Kasilyas karyerasına son qoyub.

Bu barədə Portuqaliya təmsilçisinin prezidenti Jorje Nunu Pinto məlumat verib.

Klub rəhbəri bildirib ki, əfsanəvi qapıçı tezliklə bu barədə açıqlama verəcək və karyerasını bitirdiyini rəsmən elan edəcək.

39 yaşlı ispaniyalı bundan sonra bütün diqqətini İspaniya Futbol Federasiyasının prezidentliyi məsələsinə yönəldəcək. İ.Kasilyas prezidentliyə namizədliyini rəsmən təqdim edib.

0.28234505653381