"Barselona" hələ də Messiyə pul ödəyir
"Barselona" hələ də argentinalı hücumçu Lionel Messiyə olan borcunu ödəyib başa çatdırmayıb.
Bakunews.media bu barədə "Mundo Deportivo"ya istinadən xəbər verir.
İspaniya klubu Messi ilə yanaşı, Sergi Buskets və Jordi Albaya da pul ödəməyə davam edir.
Bildirilir ki, "Barselona"nın koronavirus pandemiyası zamanı ödənilməsi gecikən maaş borcu var. Borcun ümumi məbləği 2020/21 maliyyə ili hesabatına daxil edilib və cari il üçün "Barselona"nın iş şəraitinə təsir göstərmir.
Katalon klubu 2024/25 mövsümünün sonunda keçmiş kapitanı ilə hesablaşacaq.
Qeyd edək ki, Messi 2003-2021-ci illərdə məzunu olduğu "Barsa"da çıxış edib.