Maştağada 21 yaşlı gəncin özündən 16 yaş böyük kişini niyə öldürdü? - Hadisə yerindən GÖRÜNTÜLƏR

Bakının Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində baş vermiş qətlin bəzi detalları məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, 21 yaşlı Məmmədəli Əmirxanov aralarında yaranmış mübahisəyə görə özündən 16 yaş böyük Səid Əhmədova çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürməkdə şübhəli bilinir.

Qeyd edək ki, Məmmədəli Əmirxanov hadisəni törətdiyi mənzildə anası ilə yaşayırmış. Səid Əhmədov isə Maştağa qəsəbəsində usta kimi çalışırmış.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Maştağada 21 yaşlı gəncin özündən 16 yaş böyük kişini niyə öldürdü? - Hadisə yerindən GÖRÜNTÜLƏR

Maştağada 21 yaşlı gəncin özündən 16 yaş böyük kişini niyə öldürdü? - Hadisə yerindən GÖRÜNTÜLƏR

Oktyabrın 13-ü gecə saatlarında paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Səid Əhmədova kəsici alətlə xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən yerləşdirildiyi tibb müəssisəsində ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakunews.media-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Məhəmmədəli Əmirxanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

0.045972108840942