Xaçmazda "KOB FEST" sərgi-satış yarmarkası keçiriləcək

Oktyabrın 25-27-də Xaçmaz şəhərində "KOB FEST" sərgi-satış yarmarkası keçiriləcək.

Bakunews.media bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

Qurumun təşkilatçılığı ilə keçiriləcək yarmarkaya qatılmaqla KOB subyektləri istehsal etdikləri məhsul və xidmətləri geniş istehlakçı auditoriyasına tanıda, satış imkanlarını artıra və yeni biznes əlaqələri qura biləcəklər.

Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Xaçmaz və ətraf bölgələrdən olan KOB subyektləri oktyabrın 22-dək agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 ("İştirak etmək istədiyiniz tədbir" bölümündə "KOB Fest - Xaçmaz" qeyd olunmalıdır).

Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur.

0.050951957702637