Millətlər Liqası: İspaniyadan böyük hesablı qələbə, Portuqaliya bir xalla kifayətləndi

UEFA Millətlər Liqasında IV tura yekun vurulub.

Bakunews.media xəbər verir ki, son oyun günündə səkkiz görüş baş tutub.

A liqasında İspaniya doğma azarkeşləri önündə Serbiya ilə qarşılaşıb. Pireneylilər balkanlıların qapısına 3 cavabsız top vurublar - 3:0. Bu azmış kimi, serblər oyunun sonluğunu azlıqda keçirməli olublar.

Şotlandiyada yerli komanda ilə üz-üzə gələn Portuqaliya ev sahiblərinin müqavimətini qıra bilməyib - 0:0. Ulduz hücumçu Kriştianu Ronaldunun meydanda olması da, qonaq komandaya kömək etməyib.

Polşa-Xorvatiya oyununda altı qol vurulub. Polyaklar xorvatların geridönüşünə imkan verməyiblər. Qolların bolluğuna baxmayaraq, matçda qalib müəyyənləşməyib - 3:3.

A liqasının digər görüşündə İsveçrə Danimarka ilə heş-heçə edib - 2:2.

Millətlər Liqasının B liqasında isə Belarus Lüksemburqla (1:1) "sülh bağlayıb".

Kosovo evdə Kiprdən (3:0), Rumıniya səfərdə Latviyadan (1:2) üstün olub.

Şimali İrlandiya isə Bolqarıstanı darmadağın edib - 5:0.

0.1459379196167