Bakıda baş verən torpaq sürüşməsinin səbəbi AÇIQLANDI

"Bakının Xətai rayonunda yerləşən Gəncə prospekti, 97 ünvanında baş verən sürüşməyə səbəb son günlər yağan yağışlar nəticəsində yamacdakı asılı süxur kütləsinin uçması olub".

Bakunews.media-a xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev deyib.

O, bildirib ki, agentliyin mütəxəssisləri tərəfindən aparılan araşdırma və monitorinqlərin nəticələrinə görə, ərazidə ciddi təhlükə yoxdur.

"Uçmuş süxur kütləsinin ərazidən götürülməsi və yamacın hamarlanması işləri aidiyyəti qurumlar tərəfindən həyata keçiriləcək", - deyə Ə.Əliyev qeyd edib.

Bakının Xətai rayonunda yerləşən Gəncə prospekti, 97 ünvanında dünən günorta saatlarında torpaq sürüşməsi baş verib.

Bakunews.media xəbər verir ki, hadisə nəticəsində yaşayış binasının arxasında yerləşən istinad divarı uçma təhlükəsi ilə üz-üzə qalıb.

Hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinə sorğu ünvanladıq.

Agentliyin idarə heyətinin sədri Əli Əliyev Bakunews.media-a açıqlamasında bildirdi ki, baş verən sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hadisə yerinə cəlb olunublar:

"Əməkdaşlarımız hazırda ərazidə araşdırma və monitorinqlər aparırlar. Son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur. Nəticələr barədə ətraflı məlumat veriləcək", - deyə Ə.Əliyev qeyd edib .

Əzizə İsmayılova

0.91017603874207