Füzuli Şəhəri Günü atəşfəşanlıqla yekunlaşıb

Füzuli Şəhəri Günü atəşfəşanlıqla yekunlaşıb.

Bakunews.media xəbər verir ki, günboyu davam edən silsilə tədbirlərin ardınca Füzuli şəhəri 1-ci yaşayış məhəlləsinin ərazisində bayram təntənəsi yaşanıb.

Sakinlərin və Füzuli şəhərinin qonaqlarının iştirakı ilə yekunlaşan gecənin sonunda Müslüm Maqomayevin ifasında səsləndirilən "Odlar ölkəsi" mahnısının sədaları altında atəşfəşanlıq olub.

Oktyabrın 17-si Füzuli Şəhəri Günü kimi qeyd olunur.

Bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.

Bakunews.media xəbər verir ki, bu gün münasibətilə Füzuli şəhərində təntənəli tədbir keçirilir.

Tədbir çərçivəsində müxtəlif fotosərgilər, uşaqlar üçün əyləncə və oyun proqramları təşkil edilib.

Eyni zamanda, "Füzuli 530" tamaşası, uşaqlar üçün isə "Ayı balası" tamaşası səhnələşdirilib. Təntənəli qala-konsert, həmçinin "Ay elmi-Füzuli" adlı konsert planlaşdırılır.

Xatırladaq ki, Füzuli Şəhər Günü Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli sərəncamı ilə təsis olunub.

Füzuli Şəhəri Günü atəşfəşanlıqla yekunlaşıb

Füzuli Şəhəri Günü atəşfəşanlıqla yekunlaşıb

Daha çox foto burada: PhotoStock.Az

Aygün Mirakif

0.094047069549561