Ağdamda 94 yaşlı kişini avtomobil vurub

Ağdamda 94 yaşlı kişini avtomobil vurub.

APA-nın xəbərinə görə, hadisə rayonun Zəngişalı kəndində baş verib.

Yolu keçərkən kənd sakini Sokrat Mahmudovu hərəkətdə olan "Mercedes" markalı avtomobil vurub.

Yaralı S.Mahmudov Ağdam Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

0.046806812286377