Lənkəranda iki uşaq anası, 19 yaşlı qadın intihar edib

Lənkəranda 19 yaşlı qadın dərmandan ölüb.

APA-nın məlumata görə, hadisə bu gün səhər saatlarında Lənkəran rayonunun Osaküçə kəndində baş verib.

İki gün bundan əvvəl Bakı şəhərindən kəndə qayıdan 2005-ci il təvəllüdlü Elnurə İsfəndiyar qızı Qurbanova dərman içərək ölüb.

Onun intihar etdiyi bildirilir və hansı səbəbdən bu addımı atdığı məlum deyil.

Qeyd edək ki, E.Qurbanova iki uşaq anasıdır.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

0.44234299659729