Babək prospektindəki körpüdən niyə su sızır?

Bakının Babək prospektindəki körpüdən su sızması vətəndaşın narazılığına səbəb olub.

Bakunews.media xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Bakunews.media-a açıqlamasında bildirib ki, bu halın baş verməsi normal prosesdir.

"Sözügedən ərazidə körpünün iki aşırım hissəsi yanaşıdır - biri gediş, biri gəliş üçün. Həmin hissələr bir-birindən aralı olduğu üçün o boşluğa yağış yağanda su dolur və sonra sızır aşağı. Yəni o boşluq dolur və müəyyən hissələrdən damcılayır. Bu da normaldır. Yalnız orada deyil, hər bir körpüdə belə bir halın olması normaldır. Yığılan su aşağı axmalıdır. Bir sözlə, körpüdə hər hansı bir problem, hər hansı bir qüsur və ya çatışmazlıq yoxdur", - deyə A.Nəcəfli bildirib.

Əzizə İsmayılova

0.050027847290039