Göygöldə dəhşətli qəza: Ölən və xəsarət alanlar var

Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza nəticəsində bir nəfər ölüb, daha dörd nəfər xəsarət alıb.

Əraziyə Dövlət Yol Polisinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

0.053794145584106