Bakıda minik maşını yük avtomobili ilə toqquşub: Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, Qaradağ rayonu ərazisində 1956-cı il təvəllüdlü Səfəralı Həziyevin idarə etdiyi "Hyundai Elantra" markalı avtomobillə Gürcüstan vətəndaşı Kulunun Lakubovun idarə etdiyi "KamAZ" markalı yük maşını toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

0.06016206741333