İsrailin İrana hücumu: Əsl hədəf AÇIQLANDI

İsrail İranın yalnız hərbi obyektlərini vurub, İrandakı nüvə obyektlərinə və ya neft infrastrukturuna deyil, yalnız hərbi obyektlərə zərbələr endirib.

Bakunews.media xəbər verir ki, bu barədə "CBS" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, İsrailin hücumu hərbi hədəflərlə məhdudlaşıb. Mənbə ABŞ-nin hücumlarla bağlı əvvəlcədən xəbərdar edildiyini bildirib.

"NBC" telekanalının ərəb ölkələrindəki iki yüksək vəzifəli mənbəyə istinadən verdiyi məlumata görə, İsrailin Tehrandakı zərbələrinin hədəfi kazarma və silah anbarı ola bilər.

İsrail İrana hava hücumuna başlayıb.

Bakunews.media xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

İrana indiyədək 19 bomba atıldığı və Tehran hava limanı da daxil olmaqla 5 partlayışın baş verdiyi iddia edilir. Həmçinin, Zəncan vilayətində də partlayışlar qeydə alınıb.

İranın hava hücumundan müdafiə bölmələri səfərbər edilib.

Yerli KİV paytaxt Tehran bölgəsində və Kərəcdən şimalda ən azı 5 partlayışın baş verdiyini bildirib.

Tehranda hava hücumu xəbərdarlığı edilib və şəhərə uçuşlar ləğv edilib.

0.052943229675293