Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Kəpəz"i məğlub etdi

Misli Premyer Liqasında "Turan Tovuz" "Kəpəz"i məğlub edib.

Bakunews.media xəbər verir ki, XI turun açılış matçında Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv doğma meydanda 2:1 hesablı qələbəyə sevinib.

Oyunda hesabı 15-ci dəqiqədə tovuzluların heyətində Veysəl Rzayev açıb. 76-cı dəqiqədə "Kəpəz"in heyətində penalti zərbəsini dəqiq yerinə yetirən Luis Paçu "status-kvo"nu bərpa edib. Ev sahibləri qələbə qolunu 90+3-cü dəqiqədə vura biliblər. Qolun müəllifi Emmanuel Hakman müəllifi olub.

Qeyd edək ki, qələbə sayəsində "Turan Tovuz" xallarının sayını 24-ə çatdırıb. Bununla da Tovuz təmsilçisi lider "Qarabağ"la eyni xala malik olub. "Kəpəz" isə 3 xalla sonuncu sırada qərarlaşıb.

Tura oktyabrın 26-27-də keçiriləcək oyunlarla yekun vurulacaq.

Misli Premyer Liqasında XI tura bu gün bir oyunla start veriləcək.

Bakunews.media xəbər verir ki, günün yeganə matçı Tovuz şəhər stadionunda baş tutacaq.

"Turan Tovuz" doğma meydanda "Kəpəz"lə üz-üzə gələcək. Qərb derbisi saat 19:00-da başlayacaq.

Hazırda "Turan Tovuz" 21 xalla turnir cədvəlinin ikinci pilləsində yer alıb. Sonuncu - 10-cu olan "Kəpəz"in 3 xalı var.

Misli Premyer Liqası

II dövrə, XI tur

25 oktyabr

19:00. "Turan Tovuz" - "Kəpəz"

Tovuz şəhər stadionu.

0.058758974075317