Gürcüstanda parlament seçkisi keçiriləcək

Bu gün Gürcüstanda parlament seçkisi keçiriləcək.

Bakunews.media TASS-a istinadən xəbər verir ki, 2012-ci ildən hakimiyyətdə olan hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası dördüncü dəfə qalib gəlməyə çalışacaq.

Parlament mandatları uğrunda ümumilikdə 18 partiya mübarizə aparacaq. "Gürcü Arzusu"nun əsas rəqibləri dörd müxalifət partiyası hesab olunur - əsası eks-prezident Mixail Saakaşvilinin qoyduğu "Vahid Milli Hərəkat" olan "Birlik - Milli hərəkat" partiyası, keçmiş baş nazir Giorgi Qaxariyanın "Gürcüstan Naminə Qaxariya", "Güclü Gürcüstan" və "Dəyişiklik üçün koalisiya" partiyaları. Məhz bu dörd partiya "Gürcü Arzusu"ndan daha çox mandat alacağı təqdirdə koalisiya hökuməti yaratmağı planlaşdırır.

0.061538934707642