Sumqayıtda suyun verilişində fasilə yaranacaq

Bazar ertəsi Sumqayıt şəhərində suyun verilişində fasilə yaranacaq.

Bu barədə "Report"a Sumqayıt Sukanal İdarəsindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə qidalandıran 450 mm diametrli su kəmərində təmir-bərpa işləri ilə əlaqədar olaraq, oktyabrın 28-də saat 9:00-dan 22:00-a qədər kəmərin su ilə təmin etdiyi Qızılqum, Köhnə Corat qəsəbələrinin bir hissəsi, Bağlar ərazisi və 9-cu mikrorayonda 72, 73, 74, 75 ünvanlarında suyun verilişinin dayandırılması nəzərdə tutulub.

0.14162993431091