"Azərişıq" ASC-nin əməkdaşı faciəli şəkildə ÖLDÜ

Bakıda "Azərişıq" ASC-nin əməkdaşını elektrik cərəyanı vurub.

Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu, S.Qocayev küçəsində baş verib.

Sabunçu rayon İşıq İdarəsinin elektriki 47 yaşlı Emin Mirzə oğlu Hüseynovu işıq dirəyində iş görən zaman cərəyan vurub.

Hadisə nəticəsində o, yerindəcə keçinib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

0.10403299331665