Paytaxt yollarında sürət həddi endirildi

Bakının əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb. 

Bakunews.media xəbər verir ki, hazırda paytaxtda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi müvafiq olaraq endirilib. 

Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları tövsiyə edilir.

0.35752105712891