İspaniyada daşqın qurbanlarının sayı 140 nəfərə çatıb
İspaniyada güclü yağışla müşayiət olunan və daşqınlara səbəb olan tufan nəticəsində ölənlərin sayı artıb.
Bakunews.media xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Son məlumata görə, təbii fəlakət nəticəsində azı 140 nəfər ölüb.
İspaniyada intensiv yağışlar və sel azı 104 nəfərin həyatına son qoyub.
Bakunews.media xəbər verir ki, bu barədə ABC nəşri məlumat yayıb.
Daha əvvəl bildirilmişdi ki, 92 nəfər Valensiyada, iki nəfər Madridin cənubunda və daha bir nəfər Malaqada həyatını itirib.
İspaniyanın şərqindəki Valensiyada güclü yağış və daşqınlara səbəb olan fırtınadan sonra ölənlərin sayı 95-i keçib.
Bakunews.media bu barədə "Reuters"ə istinadən xəbər verir.
Məlumata görə, Valensiyada bir gün ərzində illik yağıntı norması düşüb. Bu yağıntı 2021-ci ildən bəri Avropada ən çox ölüm və fəlakət törədən daşqınlara səbəb olub.
Qeyd olunur ki, ölənlərin sayının artımı gözlənilir. Vilayətdə yollar bağlanıb, dəmir yolu nəqliyyatı dayandırılıb. Portağal istehsalçısı olan fermalar dağılıb. Həmçinin fırtına digər bölgələrə də zərbə vurub.