"Qızıl Top"un qalibi "Mançester Siti"dən ayrılır
"Qızıl top"un yeni qalibi, "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri Ernandes iş yerini dəyişə bilər.
Bakunews.media "Relevo"ya istinadən xəbər verir ki, İspaniyanın "Real Madrid" klubu onunla müqavilə imzalamaq niyyətindədir.
"Kral klubu"nun prezidenti Florentino Peres Rodrini gələn yay transfer etməyi planlaşdırır. Ulduz yarımmüdafiəçinin keçidini reallaşdırmaq üçün "Real Madrid" Ourelyen Tçuamenini satmaq niyyətindədir.
İspaniya millisinin üzvünün də vətəninə dönmək niyyətində olduğu və bu transferə razılıq verməyə çalışdığı bildirilir.
Xatırladaq ki, Rodri Ernandes zədə səbəbindən bu mövsüm oynaya bilməyəcək.